FIFA referisi Elçin Məsiyev dünya çempionatı oyununu idarə edəcək
İdman
131
13:09, Bu gün

FIFA referisi Elçin Məsiyev dünya çempionatı oyununu idarə edəcək

FIFA referisi Elçin Məsiyev DÇ-2026-nın seçmə mərhələsinin oyunlarına təyinat alıb.
 
Moderator.az qurumun rəsmis saytına istinadən xəbər verir ki, referi Litva – Niderland oyununun baş hakimi olacaq.
 
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
 
Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər