Bizi sosial şəbəkələrdən izləyin:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Moderator.az xəbər verir ki, Ayxan Abbasovun kollektivi B qrupunda Portuqaliya ilə qarşılaşacaq.
Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Görüş saat 18:00-da başlayacaq.