Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində mübarizəyə başlayır
İdman
184
08:12, Bu gün

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində mübarizəyə başlayır

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. 
 
Bu qrupun digər oyununda isə Ukrayna Fransa iləı üz-üzə gələcək.
 
Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (8 sentyabr).
 
DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvöllur" stadionu

22:45. Ukrayna - Fransa

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər