Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı sayılan "Qızıl Top" üçün 2025-ci il üzrə səsvermə rəsmi olaraq başa çatıb.
Moderator.az xəbər verir ki, səsvermə FIFA-nın reytinq cədvəlində ilk 100 yeri tutan ölkələrin təmsilçiləri olan jurnalistlər arasında keçirilib.
Onlar 30 namizəd arasından öz seçimlərini edərək xal sisteminə əsasən sıralama təqdim ediblər.
Mükafatın qalibi 2025-ci il sentyabrın 22-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq rəsmi mərasimdə elan ediləcək.
Hazırda nəticələr gizli saxlanılır, lakin beynəlxalq idman mediası və ekspertlər 2025-ci ilin əsas favoritləri kimi Osman Dembele (PSJ) və Lamin Yamalı ("Barselona") göstərirlər.
Xatırladaq ki, Dembele bu mövsüm Çempionlar Liqasının qalibi olmuş PSJ-nin aparıcı oyunçularından biri kimi çıxış edib.
Gənc istedad Yamal isə La Liqada parlaq performansı və məhsuldar ötürmələri ilə yadda qalıb.
Qeyd edək ki, "Qızıl Top" mükafatı Fransanın "France Football" nəşri tərəfindən təsis olunub və hər il dünyanın ən yaxşı futbolçusuna təqdim olunur.