Bizi sosial şəbəkələrdən izləyin:
Portuqaliyanın U-21 yığmasında AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Barseloşda keçirəcəkləri B qrupunun oyunundan əvvəl dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Dariu Essuquu məşq zamanı zədələnib. Sıradan çıxan futbolçunun yerinə "Benfika"nın yarımmüdafiəçisi Joao Velosonun dəvət edildiyi bildirilib.
Portuqaliya - Azərbaycan oyunu sentyabrın 5-də "Sidad de Barseloş" stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.