Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən komandaların heyətlərinin dəyərləri bəlli olub.
Moderator.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan çempionu "Qarabağ" 34-cü pillədə qərarlaşıb.
"Köhlən atlar"ın futbolçularının ümumi qiyməti 25.08 milyon avrodur.
Kipr təmsilçisi "Pafos" 24.05 milyon avro ilə 35-ci, Qazaxıstanın "Kayrat" klubu isə 12.80 milyon avro ilə 36-cıdır.
Qeyd edək ki, ilk üçlükdə "Real Madrid" (1.4 milyard avro), "Arsenal" (1.33 milyard avro) və "Mançester Siti" (1.23 milyard avro) yer alıblar.