Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli oldu
İdman
184
10:06, Bu gün

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli oldu

World Boxing"in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub.
 
Moderator.az federasiyanım rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
 
Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.
 
Dünya çempionatı
 
4 sentyabr
 
1/32 final
 
Zaur Qəhrəmanov (65 kq) – Denis Bril (Almaniya)
 
Sərxan Əliyev (70 kq) – Karlos Flouers (ABŞ)
 
5 sentyabr
 
1/16 final
 
Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)
 
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
 
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
 
Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
 
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)
 
6 sentyabr
 
1/16 final
 
Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi
 
7 sentyabr
 
1/16 final
 
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
 
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi
 
8 sentyabr
 
1/8 final
 
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçius (Litva) cütünün qalibi
 
Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər