Dioqo Jota və Jorje Koşta ölümündən sonra ordenlə təltif edildilər
İdman
190
03 Sep 2025 | 22:40

Dioqo Jota və Jorje Koşta ölümündən sonra ordenlə təltif edildilər

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza futbolçular Dioqo Jota və Jorje Koştaya ölümlərindən sonra "Xidmətlərə görə" ordeni verib.

Moderator.az bu barədə Portuqaliya Futbol Federasiyasının (FPF) saytına istinadla xəbər verir.

Mükafatlar Jota və Koştanın qohumlarına təqdim edilib. Bundan başqa, Portuqaliya millisinin bazasında futbolçulara həsr olunmuş xatirə memorialının açılış mərasimi keçirilib.

Xatırladaq ki, "Liverpul"un keçmiş futbolçusu Jota iyulun 3-də avtomobil qəzasında ölüb. Qəzada Jota ilə birlikdə qardaşı Andre Silva da həlak olub.

Jorje Koşta isə avqustun 5-də 52 yaşında vəfat edib. O, 1990-2005-ci illərdə "Porto"da çıxış edib.

Link kopyalandı!
Son xəbərlər