UEFA
İdman
180
14:37, Bu gün

UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olan "Kopenhagen" cərimələnib.
 
Moderator.az xəbər verir ki, Danimarka təmsilçisi qurum tərəfindən 42 min avro məbləğində cəzaya məruz qalıb.
 
Buna komandanın Çempionlar Liqasının pley-off mərhələsində İsveçrədə "Bazel"ə qarşı keçirdiyi ilk görüşdə baş verənlər səbəb olub.
 
Həmin oyunda "Kopenhagen" azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər və bu səbəbdən klub maliyyə itkisi ilə üzləşib.
 
Xatırladaq ki, "Qarabağ" oktyabrın 1-də Bakıda məhz bu rəqiblə qarşılaşacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər