Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb
İdman
474
02 Sep 2025 | 19:00

Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb

İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olan Raul Albiol İtaliyanın "Piza" klubu ilə müqavilə imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.

Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu yay 2019-cu ildən formasını geyindiyi "Vilyarreal"dan azad agent kimi ayrılıb. O, ötən mövsüm La Liqada 15 oyun keçirib.

Qeyd edək ki, Raul Albiol karyerası ərzində "Real" (İspaniya) və "Napoli" (İtaliya) klublarının da formasını geyinib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər