Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək
İdman
152
15:47, Bu gün

Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

III MDB Oyunlarında iştirak edəcək 17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün komandamız bu məqsədlə Gürcüstanın Tbilisi şəhərinə yola düşüb.
 
Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız Gürcüstanın yeniyetmələrdən ibarət milli komandası ilə bir neçə yoxlama oyunu da keçirəcək.
 
Yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər