PSJ-nin ukraynalı futbolçusu:
İdman
105
14:11, Bu gün

PSJ-nin ukraynalı futbolçusu: "Azərbaycan zəif rəqib deyil"

"Azərbaycanla oyun daha çətin olacaq".
 
Moderator.az Tribuna.com-a istinadən xəbər verir ki, ötən ay "Bornmut"dan (İngiltərə) PSJ-yə (Fransa) keçən müdafiəçi İlya Zabarnı hər iki rəqiblə oyunun çətin olacağını bildirib.
 
"Bu oyunları səbirsizliklə gözləyirəm. Bu oyunlar bizim və düşünürəm ki, bütün Ukrayna üçün çox vacibdir. Ona görə də yaxşı hazırlaşacağımıza inanıram. Fransa güclüdür, amma oynamaq mümkündür. Həmçinin ikinci oyunumuz Azərbaycana qarşı səfərdə olacaq. Bu da çətin olacaq, asan rəqib deyil. İndi xal toplamalıyıq ki, hər şeyi son oyuna saxlamayaq".
 
Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Fransanı qəbul edəcək. Komanda sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər