Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədələnib
İdman
1321
31 Aug 2025 | 15:55

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədələnib

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.

Moderator.az xəbər verir ki, 28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər