Bundesliqa:
İdman
1568
30 Aug 2025 | 23:05

Bundesliqa: "Bavariya" 3 xalı 3 qolla aldı

Almaniya Bundesliqasının 2-ci turunda hazırkı çempion Münhen "Bavariya"sı səfərdə "Auqsburq"la qarşılaşıb.

Moderator.az xəbər verir ki, matç qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar Serj Qnabri, Luis Diaz və Maykl Olisenin qolları sayəsində önə keçiblər. Lakin ev sahibləri Kristian Cakic və Mert Kömürün sayəsində bu qollardan ikisinin əvəzini çıxmağı bacarıblar - 2:3.

Beləliklə də, "Bavariya" yeni Bundesliqa mövsümünün başlanğıcında ardıcıl ikinci qələbəsini qazanıb və 6 xalı var. "Auqsburq" isə 1 qələbə və 1 məğlubiyyətlə 3 xala sahibdir.

Növbəti turda Vinsent Kompaninin yetirmələri doğma meydanda "Hamburq"la qarşılaşacaqlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər