İdman
2145
30 Aug 2025 | 18:10

"Kəpəz" "Neftçi"nin futbolçusunu icarəyə götürdü

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisi "Neftçi"dən yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohorini icarəyə götürüb.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında "Kəpəz"in formasını geyinəcək.

Qeyd edək ki, Ryonosuke Ohori ötən mövsümün ilk yarısını Litvanın "Transinvest", ikinci hissəsini isə "Neftçi"də keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər