Tanınmış futbol klubu II Liqaya düşdü
İdman
1645
24 Jun 2025 | 23:50

Tanınmış futbol klubu II Liqaya düşdü

Fransanın köklü klublarından olan “Lion” gözlənilməz vəziyyətlə üzləşib.

Moderator.az xəbər verir ki, Liqa 1 təmsilçisi borclarını ödəyə bilmədiyinə görə II Liqaya göndərilib.

Bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.

Klub yalnız aşağı liqaya göndərilməklə kifayətlənməyib – eyni zamanda transfer qadağası ilə üzləşib və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı ciddi tələblər qarşısında qalıb.

Qeyd edək ki, “Lion” başa çatan mövsümü 57 xalla altıncı pillədə tamamlamışdı və UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.

Link kopyalandı!
Son xəbərlər