Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb
1514
23 Jun 2025 | 20:13

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.
 
Moderator.az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, komandada yer alan hər kəs hazırkı tarixdən etibarən sərbəst hesab edilib.
 
Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqların aparılacağı və yeni təkliflərin irəli sürüləcəyi bildirilib.
 
Qeyd edək ki, "Şirvan" Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər