Pep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görüldü
1394
10 Jun 2025 | 14:00

Pep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görüldü

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola şəhərə verdiyi töhfələrə və futboldan kənar işlərinə görə Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspan mütəxəssis mükafatı alarkən bildirib ki, doqquz ildir Mançesterdə yaşayır və şəhər artıq ona çox doğmalaşıb. Bundan başqa, dəstəyə görə universitetə u200bu200bvə kluba təşəkkür edib.
 
Qeyd edək ki, əsası 1824-cü ildə qoyulan Mançester Universiteti Böyük Britaniyanın aparıcı ali məktəblərindən biridir. Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb.
Link kopyalandı!
Son xəbərlər