Azərbaycan gimnastları Krasnodarda iki medal qazandılar
İdman
1655
26 May 2025 | 17:03

Azərbaycan gimnastları Krasnodarda iki medal qazandılar

Azərbaycan gimnastları Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.
 
Moderator.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmələr kateqoriyasında Ömər Qasımlı ilə Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.
 
Böyüklər kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medal əldə ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər