Boks Olimpiadaya qaytarıldı - RƏSMİ
İdman
943
20 Mar 2025 | 14:04

Boks Olimpiadaya qaytarıldı - RƏSMİ

Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən 144-cü sessiyasında qərar qəbul olunub.
 
Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı davam edən narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında IOC sessiyasının təsdiq etdiyi qərara əsasən 2028-ci il Olimpiadasının idman proqramından çıxarılmışdı.
 
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları 14 - 30 iyul 2028-ci ildə keçiriləcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər