Messinin komanda yoldaşı Azərbaycanla görüşdən imtina edib:
İdman
340
17:03, Bu gün

Messinin komanda yoldaşı Azərbaycanla görüşdən imtina edib: "Məşq etmək daha yaxşıdır"

Haiti milli komandasının aparıcı futbolçularından biri Fafa Piko Azərbaycanla yoldaşlıq görüşünü buraxacaq.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ABŞ-da qalıb, şərəfini qoruduğu "İnter Mayami"nin heyətində məşqləri davam etdirməyə üstünlük verib.
 
Piko bununla bağlı öz sosial media səhifəsində paylaşdığı şəkilə "İşə qayıdış" sözünü əlavə edib.
 
Futbolçu milli komandamızla görüşə çağırılan 24 nəfərlik heyətdə yer alırdı. Lakin görünür, bu ilin yanvarında "İnter Mayami"yə transfer olunan hücumçu yeni klubunda mövqeyini möhkəmləndirmək üçün Azərbaycana səfərdən vaz keçib.
 
O, Mayami təmsilçisinin tərkibində üç görüşdə bir qol vurub. Piko "İnter Mayami"də qol hesabını martın 16-da "Atlanta Yunayted"lə qarşılaşmada (2:1) açıb. 89-cu dəqiqədə qələbə topuna imza atan haitili oyunçu gərgin matçda fərqlənməklə, komandanın kapitanı Lionel Messinin də çılğın sevincinə səbəb olub.
 
Link kopyalandı!
Son xəbərlər