Bizi sosial şəbəkələrdən izləyin:
"FourFourTwo" nəşri futbol tarixinin 100 ən yaxşı oyunçusunun reytinqini tərtib edib.
Nəşrin versiyasına görə, tarixin ən yaxşı futbolçusu Lionel Messidir. Reytinqdə Pele ikinci, Dieqo Maradona isə üçüncüdür. Kriştianu Ronaldu reytinqdə 4-cü yerdədir.
İlk onluqda Yohan Kroyff, Ronaldo Nazario, Zinəddin Zidan, Frants Bekkenbauer, Alfredo Di Stefano və Marko van Basten kimi əfsanələr yer alıblar.