Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən iki klubu cəzalandırıb.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Qarabağ" və "Sabah"dır.
XXVII turun “Kəpəz”lə səfər matçı bitdikdən sonra Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitədən yararlanıblar. Bu səbəbdən, “Qarabağ” 1500 manat cərimə edilib.
“Sabah” isə “Zirə” ilə ev oyununda əsasnamənin tələbləri pozulduğu üçün 500 manat ziyana düşüb.
Xatırladaq ki, "Qarabağ" "Kəpəz"lə 0:0, "Sabah" "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.