İdman
583
09:30, Bu gün

"Kəpəz" futbolçulara nə qədər "premya" verir?

"Kəpəz" futbolçularına 2000 manat "premya" verir".
 
Bu sözləri Sağlam Radio 93FM-da yayımlanan "Offside" verilişində Ceyhun Rzayev səsləndirib. Tanınmış aparıcı Cavid Hüseynovun "Səbail"dən qalmaqallı ayrılığını təhlil edib. 
 
"Cavid Hüseynov hadisələri qabaqladı, gedəcəyini bilirdi, ona görə də getməzdən əvvəl açdı sandığı, tökdü pambığı. Həqiqətləri deyəni xoşlamırıq. Cavid çarəsiz qalmışdı. "Yiyəsiz qalmışıq" ifadəsi ilə məncə, sponsorları görə bilmirəm demək istəyib. Rəhbərlik deyəndə icraçı direktoru, idman direktorunu nəzərdə tutmur, onsuz da onları hər gün bazaya gedəndə ofisdə görür. O, ASCO rəhbərliyini nəzərdə tutub. Eşitmişəm ki, onlar çoxdandır ki, oyunlara belə gəlib baxmırlar". 
 
C.Rzayev "Kəpəz" klubunun futbolçulara ayırdığı "premya" məbləğini və futbolda mükafatın vacibliyini açıqlayıb:
 
"Mükafat futbolda çox önəmlidir. C.Hüseynov belə bir nümunə gətirdi ki, biz qalib gələndə bizə 500 manat ayırırlar, "Kəpəz"də isə fərqlidir. Mən bunu açıqlaya bilərəm: "Kəpəz" 2000 manat "premya" verir. Ümumiyyətlə futbolçular mükafata çox önəm verir. Məvacib adətən gələcəyə yatırım kimi kənara qoyulur, aylıq xərcləri isə oyunların nəticəsinə görə ayrılan mükafatla ödəyirlər. Təbii ki, mükafat çox olanda futbolçu otu yeməyə də hazırdırlar, təki o pulu qazansınlar. Lakin "Səbail"də bu məbləğ azdırsa, motivasiya da az olacaq. Bunu da unutmayaq ki, "dənizçilər" 3 il əvvəl sonuncu turda "Şamaxı" ilə oyunda qələbəni elə-belə qazanmadı. Mükafat hesabına qalib gəldilər. O qarşılaşmada "Səbail" hər futbolçuya 5000-6000 manat mükafat məbləği qoymuşdu. Bu baxımdan mükafat çox önəmlidir".
 
Milli komandaların fasiləsi başa çatdıqdan sonra MPL-nin XXVIII turu çərçivəsində martın 30-da "Kəpəz" və "Səbail" komandaları qarşılaşacaq.//Offsideplus.az
Link kopyalandı!
Son xəbərlər