Azərbaycan millisi Maltaya uduzdu
İdman
378
15:13, Bu gün

Azərbaycan millisi Maltaya uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.
 
Moderator.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan milli son matçında Malta ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qrupun digər oyununda Lüksemburq üzərində 4:0 hesablı qələbə qazanan Bolqarıstan millisi qrupda birinci yeri tutaraq, A Liqasına vəsiqə əldə edib.
 
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçi olduğu komanda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib - 3:2.
Link kopyalandı!
Son xəbərlər