Millimiz Avropa çempionatının II seçmə mərhələsində növbəti görüşünə çıxacaq
İdman
331
13:30, Bu gün

Millimiz Avropa çempionatının II seçmə mərhələsində növbəti görüşünə çıxacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşacaq.
 
Moderator.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək.
 
Görüş Bayıl stadionunda, saat 13:00-da başlayacaq. Qrupun digər matçında eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.
 
Son turdan öncə Lüksemburq altı xalla qrup lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə üç xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Qrup sonuncusu Maltanın hesabında xal yoxdur.
 
Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olub, Bolqarıstana isə qalib gəlib - 3:2.
Link kopyalandı!
Son xəbərlər