Azərbaycan taekvondoçuları Belçikadan 11 medalla qayıdır
İdman
271
11:55, Bu gün

Azərbaycan taekvondoçuları Belçikadan 11 medalla qayıdır

Belçikanın Lommel şəhərindəki beynəlxalq “Belgian Open” turnirində Azərbaycanın yeniyetmə taekvondoçuları 11 medal qazanıb.
 
Federasiyanın mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, yığma üzvləri 6 qızıl, 1 gümüş, 4 bürünc medala sahib olub.
 
Mədinə Aslanlı (29 kq),Eda Eren (55 kq), Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq) və Rəsul Cavadzadə (61 kq) qızıl, Yusif Nağızadə (57 kq) gümüş, Fidan Muxtarzadə (29 kq), Aysu Aslanlı (41 kq), Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) bürünc medallara sahib çıxıblar.
 
Qeyd edək ki, Azərbaycan millisi turnirdə baş məşqçi Səbuhi Zülfüqarovun rəhbərliyi altında mübarizə aparıb.
 
Link kopyalandı!
Son xəbərlər