Rusiyalı tennisçi birillik diskvalifikasiya edilib
İdman
532
12:03, Bu gün

Rusiyalı tennisçi birillik diskvalifikasiya edilib

Rusiyalı tennisçi Anna Litneva Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən birillik müddətinə diskvalifikasiya edilib.
 
Onun barəsində bir neçə ittiham irəli sürülüb.
 
Belə ki, idmançının matçlar zamanı manipulyasiya hallarına yol verdiyi, tam gücü ilə çıxış etmədiyi və korrupsiya pozuntusu törətdiyi sübuta yetirilib.
 
12 ay idmandan uzaqlaşdırılan Anna Litneva eyni zamanda 5.000 dollar cərimələnib.
Link kopyalandı!
Son xəbərlər