Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
İdman
517
09:27, Bu gün

Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI

Bu həftəsonu Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
 
Mart ayının 15-də İngiltərə Premyer Liqasında "Mançester Siti" klubu "Brayton"u, "Everton" klubu "Vest Hem"i qəbul edəcək.
 
Almaniya Bundesliqasında "Bavariya" klubu "Union Berlin", "Borussiya Dortmund" klubu "Leypziq" səfərinə yollanacaq.
 
İtaliya A Seriyasında "Milan" klubu "Komo" ilə, "Torino" klubu "Empoli" ilə üz-üzə gələcək.
 
İspaniya La Liqasında "Real Madrid" klubu "Vilyarreal"ı, "Jirona" isə "Valensiya"nı sınağa çəkəcək.
 
Türkiyə Superliqasında "Başakşəhər" klubu "Trabzonspor"la, "Konyaspor" klubu "Beşiktaş"la qarşılaşacaq.
 
Martın 16-da isə İngiltərə Premyer Liqası "Arsenal" - "Çelsi", "Fulhem" - "Tottenhem", "Lester Siti" - "Mançester Yunayted" görüşləri ilə yadda qalacaq.
 
Eyni gündə "Liverpul" klubu "Nyukasl"la İngiltərə Kuboku matçında qalibin adına aydınlıq gətirəcək.
 
Almaniya Bundesliqasında "Ştutqart" klubu "Bayer Leverkuzen"i qonaq edəcək.
 
İtaliya A Seriyasında "Napoli" klubu "Venesiya"nın, "Latsio" klubu "Bolonya"nın, "Yuventus" klubu "Fiorentina"nın, "İnter" klubu "Atalanta"nın, "Kalyari" isə "Roma"nın qonağı olacaq.
 
İspaniya La Liqasında "Sevilya" klubu "Atletik Bilbao" ilə, "Osasuna" klubu "Xetafe" ilə, "Rayo Valekano" isə "Real Sosyedad" ilə qarşılaşacaq. Günün və turun ən maraqlı görüşündə isə "Atletiko Madrid" klubu "Barselona" ilə görüşdə qalibin adına aydınlıq gətirməyə çalışacaq.
 
Türkiyə Superliqasında "Fənərbağça" klubu "Samsunspor"u qəbul edəcək.
 
15 mart
 
İngiltərə Premyer Liqası
 
Saat 19:00, "Everton" - "Vest Hem";
 
Saat 19:00, "Mançester Siti" - "Brayton".
 
Almaniya Bundesliqası
 
Saat 18:30, "Union Berlin" - "Bavariya";
 
Saat 21:30, "Leypziq" - "Borussiya Dortmund".
 
İtaliya A Seriyası
 
Saat 21:00, "Milan" - "Komo";
 
Saat 23:45, "Torino" - "Empoli".
 
İspaniya La Liqası
 
Saat 21:30, "Real Madrid" - "Vilyarreal";
 
Saat 00:00, "Jirona" - "Valensiya".
 
Türkiyə Superliqası
 
Saat 21:30, "Başakşəhər" - "Trabzonspor";
 
Saat 21:30, "Konyaspor" - "Beşiktaş".
 
16 mart
 
İngiltərə Premyer Liqası
 
Saat 17:30, "Arsenal" - "Çelsi";
 
Saat 17:30, "Fulhem" - "Tottenhem";
 
Saat 23:00, "Lester Siti" - "Mançester Yunayted".
 
İngiltərə Kuboku
 
Saat 20:30, "Liverpul" - "Nyukasl Yunayted".
 
Almaniya Bundesliqası
 
Saat 22:30, "Ştutqart" - "Bayer Leverkuzen".
 
İtaliya A Seriyası
 
Saat 15:30, "Napoli" - "Venesiya";
 
Saat 18:00, "Latsio" - "Bolonya";
 
Saat 19:00, "Kalyari" - "Roma";
 
Saat 21:00, "Yuventus" - "Fiorentina";
 
Saat 23:45, "İnter" - "Atalanta".
 
İspaniya La Liqası
 
Saat 19:35, "Sevilya" - "Atletik Bilbao";
 
Saat 21:30, "Osasuna" - "Xetafe";
 
Saat 21:30, "Rayo Valekano" - "Real Sosyedad";
 
Saat 00:00, "Atletiko Madrid" - "Barselona".
 
Türkiyə Super Liqası
 
Saat 21:30, "Fənərbağça" - "Samsunspor".
Link kopyalandı!
Son xəbərlər