Bizi sosial şəbəkələrdən izləyin:
İtaliya A Seriyasının 28-ci turunda "Yuventus" evdə "Atalanta"ya 0:4 hesabı ilə uduzub.
"Qoca sinyora" 58 illik fasilədən sonra doğma publika önündə darmağın olub. "Yuve" A Seriyasında öz stadionunda sonuncu dəfə 1967-ci belə böyük hesabla uduzub. Həmin vaxt turinlilər "Torino"ya 0:4 hesabı ilə məğlub olub.
Bu həm də "Yuventus"un 2023-cü ilin yanvarın 13-dən sonra ən böyük məğlubiyyətidir. "Napoli" həmin tarixdə doğma meydanda "ağ-qaralar"ı 5:1 hesabı ilə məğlub etmişdi./publika