İdman
991
09 Mar 2025 | 15:50

"Barselona"nın futbolçusu üçün 100 milyon avro ödəyəcək

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Rafinya üçün 100 milyon avro ödəməyə hazırdır.
 
Bu barədə "Relevo" nəşri məlumat yayıb.
 
İddiaya görə, onlar 28 yaşlı braziyalı vingerə 15 milyon avro maaş təklif etmək niyyətindədir.
 
Kataloniya təmsilçisi isə oyunçunu komandada saxlamağı planlaşdırır.
 
Qeyd edək ki, Rafinyanın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 40 oyunda 25 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Link kopyalandı!
Son xəbərlər