Misli Premyer Liqası:
İdman
284
09:53, Bu gün

Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"ni, "Sabah" isə "Araz-Naxçıvan"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında XXV tur çərçivəsində daha iki görüş keçiriləcək.
 
İkinci oyun günündə "Turan Tovuz" "Zirə" ilə saat 17:30-da, "Sabah" isə "Araz-Naxçıvan"la saat 19:30-da üz-üzə gələcək.
 
Xatırladaq ki, turun digər oyunlarında "Qarabağ" "Sumqayıt"ı, "Şamaxı" isə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. XXV tura martın 5-də keçiriləcək "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
 
Qeyd edək ki, hazırda aktivində 60 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. Hərəyə 45 xalı olan "Zirə" ilə "Araz-Naxçıvan" ikinci-üçüncü pillələri bölüşür. Aktivində 42 xalı olan "Turan Tovuz" dördüncü sırada qərarlaşıb. "Sabah" 33 xalla beşinci, "Neftçi" 27 xalla altıncıdır. Yeddinci pillədəki "Şamaxı"nın 24 xalı var. Rəqibindən iki xal geri qalan "Sumqayıt" səkkizinci pillədədir. "Kəpəz" 19 xalla doqquzuncu, "Səbail" isə 18 xalla 10-cudur (sonuncu).
 
4 mart
 
Misli Premyer Liqası
 
XXV Tur
 
Saat 17:30, "Turan Tovuz" - "Zirə";
 
Saat 19:30, "Sabah" - "Araz-Naxçıvan".
Link kopyalandı!
Son xəbərlər