Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edib.
Qurum qapıçılara tətbiq olunan topu əldə saxlama qaydası barədə müzakirələr aparıb.
Nəticədə növbəti mövsümdən etibarən, oyunda qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komandaya küncdən zərbə veriləcək.
Hakimlər buna uyğun saniyəölçənlə təmin ediləcək. Bunu IFAB-ın mətbuat xidməti açıqlayıb.
Qeyd edək ki, həmin qayda daha öncə 6 saniyə idi.