“Orada xoşbəxt deyildim, zövq almırdım” - Messi
İdman
348
10:49, Bu gün

“Orada xoşbəxt deyildim, zövq almırdım” - Messi

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi bir neçə il öncə PSJ-dən ayrılması barədə danışıb.
 
Argentinalı forvard Fransada xoşbəxt olmadığını bildirib:
 
“Barselona”dan məcburi ayrıldıqdan sonra PSJ-yə keçmişdim. Bu iki il mənim üçün o qədər də xoş keçmədi. Xoşbəxt deyildim, məşqlərdən, oyunlardan zövq almırdım, adaptasiya prosesi mənim üçün çətin idi. Mən “İnter Mayami”yə keçmək istədiyimi hiss edirdim - böyüyən və hələ çox gənc olan bir klub, cəmi bir neçə illik tarixi var. Onun inkişafına kömək etmək ideyası xoşuma gəldi. Üstəlik, bilirdim ki, bu şəhər həm mənə, həm də ailəmə xoş olacaq”.
Link kopyalandı!
Son xəbərlər