Almaniya Bundesliqasında 24-cü turun görüşü başa çatıb. Moderator.az xəbər verir ki, lider "Bavariya" "Ştutqart"ın qonağı olub. Münhen klubu oyunun əvvəlində məğlub vəziyyətə düşsə də, sonradan geridönüş edərək matçdan 3 xalla ayrılıb - 1:3. Hazırda "Bavariya" 61 xalla yarış cədvəlinin zirvəsindədir. "Ştutqart" isə 36 xalla 7-ci pillədə qərarlaşıb.