İdman
423
11:51, Bu gün

"Messi məni qara zibil qırığı adlandırdı" - "Real"ın sabiq yarımmüdafiəçisi

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Royston Drente icarə əsasında "Herkules"də oyadığı dönəmdə həmin vaxt "Barselona"da çıxış edən Lionel Messidən özünə qarşı irqçi münasibət gördüyünü deyib.
 
"The Wild Project" Drentenin sözlərini belə çatdırıb:
 
"Barselona" "Herkules"lə üz-üzə gəldiyi matçda Messi məni qara zibil qırığı adlandırdı. Üstündən xeyli keçəndən sonra Argentina millisində futbolçuların bir-birini qara zibil qırığı adlandırdıqlarını və bunun normal hal sayıldığını söylədi. Məsələn, onlar Qaraya belə deyirmişlər və o, sərt reaksiya vermirmiş...
 
Amma vaşa düşməlidirlər ki, bunu mənim kimi oğlana demək olmaz. Dostumun mənə məşqdə belə deməsi başqadır, rəqibin meydanda deməsi başqa. Sonra heç vaxt bu mövzuda danışmadıq. Mənim Messiyə böyük hörmətim var. Axı o, dünyanın ən yaxşı futbolçularından biridir.
Link kopyalandı!
Son xəbərlər