Bizi sosial şəbəkələrdən izləyin:
"Real Madrid"in sabiq futbolçusu Xavyer Dorado 49 yaşında vəfat edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Madrid klubu onun ailəsinə, komanda yoldaşlarına, bütün sevdiklərinə və oynadığı bütün klublara başsağlığı verir”, - bəyanatda deyilir.
Xavyer Dorado iki il əvvəl xərçəng xəstəliyinə tutulub. O, Palma de Mallorcada yaşayırdı və xəstəliklə mübarizə aparmaq üçün başqa bir sümük iliyi transplantasiyasına ümid edirdi.
Dorado 1999-2000-ci illərdə İspaniya komandasında çıxış edərək Çempionlar Liqasının qalibi olub.
Keçmiş müdafiəçi "Salamanca", "Rayo Valyecano", "Sporting Gijon", "Atletico Baleares" və "Mallorca" kimi klublarda çıxış edib.
(Publika.az)