PFL-dən rəsmi açıqlama: Oyunlar təxirə salınır?
İdman
794
12:40, Bu gün

PFL-dən rəsmi açıqlama: Oyunlar təxirə salınır?

Peşəkar Futbol Liqası bu gün Azərbaycan kubokunda, 1-ci liqada, 2-ci liqada və əvəzedicilər liqasında keçirilməli olan matçlarla bağlı açıqlama yayıb.
 
Qurum hava şəraiti ilə əlaqədar görüşlərin təxirə salınması ehtimalı haqda bunları bildirib:
 
"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb.
 
Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək".
Link kopyalandı!
Son xəbərlər