Bizi sosial şəbəkələrdən izləyin:
FIFA Türkiyə Superliqası təmsilçisi "Adana Dəmirspor"un 6 xalını silib.
Bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib.
Daha əvvəl cari mövsüm Adana təmsilçisinin 3 xalı silinmişdi.
Bu nəticənin ardından komanda 3 xalla sonuncu - 19-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, FIFA bu gün "Sivasspor" klubunu da cəzalandırmışdı. Belə ki, Sivas təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.