Bellingemin cəzası açıqlandı
İdman
1525
19 Feb 2025 | 23:31

Bellingemin cəzası açıqlandı

“Real”ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.
 
“Qafqazinfo” xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda “Osasuna” ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.
 
Xatırladaq ki, bu görüş 1:1 hesabı ilə başa çatıb.
Link kopyalandı!
Son xəbərlər