Əfsanəvi prezident vəfat etdi
1709
16 Feb 2025 | 18:45

Əfsanəvi prezident vəfat etdi

Portuqaliyanın “Portu” klubunun sabiq prezidenti Xorxe Nuno Pinto da Kosta 88 yaşında vəfat edib.
 
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Da Kosta 1982-ci ildən 2024-cü ilə qədər “Portu”ya rəhbərlik edib və bu, onu peşəkar futbol tarixinin ən uzunmüddətli prezidenti edib.
 
Onun rəhbərliyi altında klub 23 dəfə Portuqaliya çempionu olub, 15 dəfə ölkə kubokunu, 22 dəfə ölkə Superkubokunu qazanıb.
 
“Portu” Avropa səhnəsində də mühüm uğur qazanıb, iki dəfə Çempionlar Liqasını (1987, 2004) və iki dəfə UEFA Kubokunu (2003, 2011) qazanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər