İngiltərə klubunun braziliyalı futbolçusu ömürlük diskvalifikasiya oluna bilər
İdman
602
16:47, Bu gün

İngiltərə klubunun braziliyalı futbolçusu ömürlük diskvalifikasiya oluna bilər

İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Lukas Paketa qohumlarına və dostlarına mərc oyunlarında kömək etdiyinə görə ömürlük diskvalifikasiya oluna bilər.
 
"Report" ESPN-ə istinadən xəbər verir ki, Braziliya prokurorluğu futbolçunun bəzi sarı vərəqələri yaxın adamlarının müvafiq hadisəyə mərc etdikdən sonra qəsdən aldığını bildirib.
 
Futbolçunun 2023-cü ildə "Aston Villa"ya qarşı matçda aldığı sarı vərəqənin qardaşına ad günü hədiyyəsi olduğu bildirilib. 27 yaşlı yarımmüdafiəçinin cəzalanmasından sonra onun qardaşı 116 min avro qazanıb.
 
Qeyd edək ki, L.Paketa cari mövsüm 25 matçda 5 qol vurub və 6 sarı vərəqə alıb. Braziliyalı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 40 milyon avrodur.
Link kopyalandı!
Son xəbərlər