Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə iştirakdan imtina elədi - SƏBƏB
İdman
613
15:19, Bu gün

Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə iştirakdan imtina elədi - SƏBƏB

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
 
Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
 
Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
 
Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda üçüncü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib.
 
Qeyd edək ki, bu gün üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşməli idi.
Link kopyalandı!
Son xəbərlər