Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib.
Bu barədə yarışın Təşkilat Komitəsinin ilk iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.