Şahin Diniyev:
İdman
562
17:54, Bu gün

Şahin Diniyev: "Oğlumun debüt oyununda iki qol vurması qürurvericidir"

"Yeni komandaya keçən hər futbolçu debüt matçında dubl edə bilmir. Coşqun yeni komandasında çıxdığı ilk oyunda ən yüksək nəticəni göstərərək azarkeşlərin inamını qazandı".
 
Bunu Moderator.az -a açıqlamasında Türkiyə 1-ci Liqa təmsilçisi "Çorum" klubunun futbolçusu Coşqun Diniyevin atası, "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev deyib.
 
"Övladının uğurlu nəticəsini görmək hər bir valideyn üçün qürurvericidir. Hər futbolçu yeni transfer olduğu komandada debüt matçında dubl etmək bir yana, bir qol belə vura bilmir. Coşqun isə yeni komandasında bu uğura imza atdı və doğru transfer olduğunu sübut etdi. Bu, həm klub rəhbərliyində, həm də azarkeşlərdə ona qarşı olan inamın artmasına şərait yaratdı. Eyni zamanda on ballıq sistem üzrə ən yüksək nəticəni toplayaraq, oyunun ən yaxşısı seçilmək də hər futbolçuya qismət olmur. Ümid edirəm ki, bundan sonrakı oyunların hər birində bu tərzdə davam edər və daim uğurlar qazanar. Əlbəttə, futbolun başqa tərəfləri də var. İlk oyunda iki qol vurmaq bundan sonra da belə olacaq mənasına gəlmir. Heç qol vurmayacağı oyunlar da olacaq, amma əsas olan yaxşı start vermək idi".
 
Qeyd edək ki, Coşqun Diniyev Türkiyə 1-ci Liqasının 24-cü turunda "Yeni Malatyaspor"la "Çorum" arasında keçirilən görüş zamanı iki qol vurub və komandasına qələbə qazandırıb. Bu qələbə sayəsində xalını 38-ə çatdıran "Çorum" turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
Link kopyalandı!
Son xəbərlər