Azərbaycan millisinin baş məşqçisi:
İdman
408
16:49, Bu gün

Azərbaycan millisinin baş məşqçisi: "İngiltərə ilə oyunda yüksək səviyyədə çıxış etdik”

Komanda İngiltərə ilə oyunda yüksək səviyyədə çıxış etdi. Amma bəzən bəxtsizlik də olur.
 
Bunu Moderator.az açıqlamasında Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.
 
O, Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında rəhbərlik etdiyi kollektivin İngiltərə ilə oyunu barədə danışıb. İranlı mütəxəssis badmintonçuların performansını bəyəndiyini vurğulayıb:
 
“Uşaqlardan razıyam. Hər birinin performansı əla idi. Həm fiziki, həm də texniki cəhətdən yaxşı durumdadırlar. Sadəcə, bu gün meydana ilk onlar çıxdıqları və birinci dəfə bu yarışda iştirak etdikləri üçün həyəcanlı idilər. Keyşa Fatimə Zəhra Edi Reski Dviçayo ilə heç vaxt qarışıq komandada oynamamışdı. Bu, onların oyununa təsir etdi. İstənilən halda, komandamla fəxr edirəm. Uşaqların hər birinə təşəkkürümü bildirirəm. Komanda İngiltərə ilə oyunda yüksək səviyyədə çıxış etdi. Amma bəzən bəxtsizlik də olur. İnanıram ki, növbəti yarışlarda uğur qazanacaqlar”.
 
Qeyd edək ki, I qrupda yer alan Azərbaycan millisi ilk oyunda İngiltərəyə 2:3 hesabı ilə məğlub olub. Komanda fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
Link kopyalandı!
Son xəbərlər