İdman
571
11 Feb 2025 | 16:49

"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı

Son Azərbaycan çempionu "Qarabağ" daha bir futbolçusu ilə yolları ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, braziliyalı futbolçu Riçard Almeyda ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Xatırladaq ki, daha öncə Olavio Juninyo Braziliyanın "Flamenqo", Julio Romao isə Macarıstanın "Ferentsvaroş" klubuna keçib.
 
Qeyd edək ki, 2012-ci ildə Braziliyanın "Santo Andre" klubundan "Qarabağ"a keçən futbolçu daha sonra 2019-cu ildə "Astana"ya, 2020-ci ildə isə "Zirə"yə keçib. O, 2021-ci iln yayında yenidən "Qarabağ"a qayıdıb.
Link kopyalandı!
Son xəbərlər