Azərbaycan taekvondoçusu Türkiyədə gümüş medal qazandı
İdman
434
16:24, Bu gün

Azərbaycan taekvondoçusu Türkiyədə gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
 
Azərbaycan Taekvondo Federasiyasından Moderator.az-a verilən məlumata görə, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
 
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
 
Link kopyalandı!
Son xəbərlər