Kadi
İdman
312
12:51, Bu gün

Kadi "Qarabağ"ın ən bahalı, Almeyda ən ucuz futbolçusudur - SİYAHI

Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib.
 
Moderator.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.
 
İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.
 
"Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur - 100 min avro.
 
Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.
 
"Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri:
 
1. Kadi Borges - 2,5 milyon avro
 
2. Leandro Andrade - 2 milyon avro
 
3-4. Oleksey Kaşuk - 1,8 milyon avro
 
3-4. Nəriman Axundzadə - 1,8 milyon avro
 
5. Mateuş Koxalski - 1,5 milyon avro
 
6-8. Yassin Benziya - 1,2 milyon avro
 
6-8. Toral Bayramov - 1,2 milyon avro
 
6-8. Emmanuel Addai - 1,2 milyon avro
 
9-10. Aleksey İsayev - 900 min avro
 
9-10. Elvin Cəfərquliyev - 900 min avro
 
11. Şahruddin Məhəmmədəliyev - 800 min avro
 
12-13. Fabian Buntiç - 700 min avro
 
12-13. Mateus Silva - 700 min avro
 
14-16. Marko Yankoviç - 600 min avro
 
14-16. Bəhlul Mustafazadə - 600 min avro
 
14-16. Musa Qurbanlı - 600 min avro
 
17. Abbas Hüseynov - 550 min avro
 
18-20. Abdullah Zubir - 500 min avro
 
18-20. Kevin Medina - 500 min avro
 
18-20. Redon Cica - 500 min avro
 
21. Patrik Andrade - 450 min avro
 
22-24. Marko Veşoviç - 200 min avro
 
22-24. Bədavi Hüseynov - 200 min avro
 
22-24. Amin Ramazanov - 200 min avro
 
25. Sadiq Məmmədzadə - 150 min avro
 
26. Riçard Almeyda - 100 min avro.
 
Qeyd edək ki, "Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur.
Link kopyalandı!
Son xəbərlər