Bizi sosial şəbəkələrdən izləyin:
Əfsanəvi argentinalı hücumçu Lionel Messinin oğlu Tiaqo Messinin MLS-in 13 yaşınadək futbolçular arasında "İnter Mayami"nin "Atlanda Unayted"lə matçında 11 qol vurması ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, bu məlumatın daha sonra saxta olduğu üzə çıxıb
Bu xəbəri bir çox KİV, o cümlədən İspaniyanın məşhur idman saytı "Marca" dərc edib.
Məlumatda "İnter Mayami"nin "Atlanta Yunayted"i 12:0 hesabı ilə məğlub etdiyi, Leo Messinin 12 yaşlı oğlunun 12, 27, 30, 35, 44, 51, 57, 67, 76, 87 və 89-cu dəqiqələrdə qol vurduğu bildirilir.
Qeyd olunur ki, əslində bu məlumat saxtadır və əvvəlcə uydurma yazıların dərc edilməsində ixtisaslaşan hesab tərəfindən yayılıb. 13 yaşadək futbolçulardan ibarət futbol matçları 90 dəqiqə davam etmir və "İnter Mayami" bu mövsüm "Atlanta Yunayted" ilə qarşılaşmayıb.